Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Digər ölkələr
- 07 fevral, 2026
- 05:16
Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarət edəcək və istehsal olunan enerjini Rusiya ilə Ukrayna arasında bərabər şəkildə bölüşdürəcək.
Mənbələrə görə, Moskva stansiyanın Rusiyanın nəzarəti altında qalmasında israr etsə də, Kiyev bu təklifə qarşı çıxıb.
Bundan başqa ərazi məsələsi də həll olunmamış qalıb. Belə ki, Ukrayna tərəfi ərazi bəndi də daxil olmaqla, sülh müqaviləsinin şərtlərini referenduma çıxarmaq niyyətindədir.
Son xəbərlər
11:08
Foto
Video
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə10:47
Foto
Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
Fərdi10:42
Senator Lindsi Qrem vəfat edib
Digər ölkələr10:24
Güclü yağış Telavidə daşqına səbəb olub, küçələr su altında qalıb
Region09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10