Şəkinin Aşağı Şabalıd kənd yolu yararsız vəziyyətə düşüb, təmir üçün maliyyənin ayrılması gözlənilir

İnfrastruktur
  • 09 dekabr, 2025
  • 14:10
Şəkinin Aşağı Şabalıd kənd yolu yararsız vəziyyətə düşüb, təmir üçün maliyyənin ayrılması gözlənilir

Şəki rayonunun Aşağı Şabalıd kəndinin yolu uzun müddət təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat verib.

Bildirilib ki, Aşağı Şabalıda gedən 4 kilometr uzunluğundakı yol Zunud kəndinin giriş hissəsindən başlayır.

Sakinlərin sözlərinə görə, 500 nəfərə yaxın əhalisi olan kəndin yolu indiyədək bir dəfə də asfaltlanmayıb. Daşlı-kəsəkli yolda yaranan çalalar ucbatından avtomobillər rahat hərəkət edə bilmir. Vəziyyət o həddə çatıb ki, yolun vəziyyətinə görə taksi və digər nəqliyyat vasitələrinin sürücüləri Aşağı Şabalıda maşın sürməkdən imtina edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosunun sorğusuna cavabında bildirib ki, Aşağı Şabalıd kənd yolunun yenidən qurulması nəzərdə tutulub:

"Bununla bağlı dövlət investisiya proqramına daxil edilməsi üçün Agentlik tərəfindən müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrılan kimi həmin ərazidə yolun yenidənqurma işləri tərəfimizdən həyata keçiriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti