UEFA Çempionlar Liqası: "Qalatasaray" səfərdə uduzub, "Liverpul" qalib gəlib
- 10 dekabr, 2025
- 02:01
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI turun oyunları keçirilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Türkiyənin "Qalatasaray" klubu Fransa təmsilçisi "Monako"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İtaliyada baş tutub. "İnter" doğma azarkeşləri önündə İngiltərənin "Liverpul" komandasını qəbul edib. Oyunda qonaqlar üstün olublar - 1:0.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
"Kayrat" (Qazaxıstan) - "Olimpiakos" (Yunanıstan) 0:1
"Bavariya" (Almaniya) - "Sportinq" (Portuqaliya) 3:1
"Atalanta" (İtaliya) - "Çelsi" (İngiltərə) 2:1
"Barselona" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 2:1
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:1
"Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0
PSV (Niderland) - "Atletiko" (İspaniya) 2:3
"Yunion" (Belçika) - "Marsel" (Fransa) 2:3
"Tottenhem" (İngiltərə) - "Slaviya" (Çexiya) 3:0
Qeyd edək ki, VI turun digər oyunları bu gün baş tutacaq.