KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub

Digər ölkələr
  • 10 dekabr, 2025
  • 01:39
KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub

"23 Mart Hərəkatı" (M23) qruplaşmasının qabaqcıl üsyançı dəstələri Konqo Demokratik Respublikasının şərqindəki strateji əhəmiyyətli Uvira şəhərinə daxil olublar.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi hərbi mənbələrə istinadən xəbər verib.

Məlumata görə, hökumət qoşunlarının hərbçiləri Uviradan qaçır. Hərbi qulluqçular silahlarını atır və formadan qurtulurlar. Qeyd edilir ki, Ruanda M23 üsyançılarını dəstəkləyir. Uvira Burundi ilə sərhəddə strateji əhəmiyyətli yerdir.

Üsyançıların şəhərə girməsi faktının rəsmi təsdiqi yoxdur.

Fevralda üsyançıların paytaxt Bukava şəhərini ələ keçirməsindən sonra Uvira Konqo hökumətinin qərarı ilə Cənubi Kivu əyalətinin inzibati mərkəzi olub.

Əhalisi 760 minə çatan Uvirada əyalət orqanları və regional ordu komandanlığı var. Uvira uğrunda döyüşlər baharın əvvəlində başlayıb, lakin hökumət qüvvələri üsyançıların hücumlarının qarşısını ala bilib. M23 dəstələri dekabrın 2-də Uviraya qarşı yeni hücuma başlayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti