Rusiya və Ukrayna vətəndaşları vətənlərinə qayıda biləcəklər
İnfrastruktur
- 23 noyabr, 2020
- 11:31

Rusiya və Ukrayna vətəndaşlarının vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “Report”a verilən məlumata görə, reyslər noyabr ayının sonuna qədər davam edəcək.
Noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti noyabrın 30-da Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.
Yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.
Son xəbərlər
05:12
Qızıl və kriptovalyutaların qiyməti ucuzlaşıb
Maliyyə04:41
Britaniya "Həyat Təhrir əş-Şam"ı terror təşkilatları siyahısından çıxarıb
Digər ölkələr04:14
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Digər ölkələr03:42
"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
Digər ölkələr03:20
KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
İKT02:54
İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb
Region02:18
ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb
Digər ölkələr02:13
Foto
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib
Digər ölkələr01:45