Qızıl və kriptovalyutaların qiyməti ucuzlaşıb
- 22 oktyabr, 2025
- 05:12

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün qızıl və gümüş fyuçerslərinin qiyməti 5%-dən çox ucuzlaşıb.
"Report" xəbər verir ki, oktyabrın 22-s Bakı vaxtı ilə saat 00:25-ə olan məlumata görə, qızılın qiyməti 1 troy unsiyası üçün 4 136,8 dollar (-5,11%) təşkil edib.
Saat 3:18-ə olan məlumata görə, qiymətli metalın ucuzlaşması sürətlənib və bir troy unsiyası üçün 4130 dollara (-5,33%) ticarət olunub. Bu arada, gümüş fyuçerslərinin qiyməti də 5,61% azalaraq troya unsiyası üçün 47,95 dollar olub.
Eyni zamanda aparıcı kriptovalyutalar "Bitcoin" və "Ethereum" da ucuzlaşıb. Bakı vaxtı ilə saat 2:59-a olan məlumata görə, "Ethereum"un qiyməti 2,24% azalaraq 3900 dollar olub. Yeddi dəqiqə sonra kriptovalyutanın ucuzlaşması ləngiyib və 3906 dollar (-2,13%) səviyyəsində olub.
Bakı vaxtı ilə saat 02:59-a olan məlumata görə, "Bitcoin" 1,59% ucuzlaşaraq 109 057 dollar olub. Daha sonra "Bitcoin"in enişi yavaşlayıb və 109 268 dollar (-1,36%) təşkil edib.