Bu gün açılışı olmuş yerüstü piyada keçidinin uzunluğu 180 metrdir
İnfrastruktur
- 09 sentyabr, 2020
- 10:19

Prezident İlham Əliyevin bu gün Mərdəkan-Zuğulba avtomobil yolunda açılışında iştirak etdiyi yerüstü piyada keçidinin uzunluğu 180 metrdir.
"Report" xəbər verir ki, üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.
Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.
Keçidin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyalarını isə yerli mütəxəssislər hazırlayıb.
Son xəbərlər
04:38
KİV: Yaponiyanın sahil mühafizəsi rabitə üçün "Starlink" tətbiq edəcək
Digər ölkələr04:11
ABŞ-də zavodda yanğın baş verib
Digər ölkələr03:42
KİV: Britaniya qanunsuz miqrantları keçmiş hərbi bazalarda yerləşdirmək istəyir
Digər ölkələr03:26
Tramp: Karib hövzəsində hərbi əməliyyatları davam etdirməyə hazırıq
Digər ölkələr02:51
Rusiyanın Zaporojye şəhərinə hücumu nəticəsində 15 nəfər yaralanıb
Digər ölkələr02:31
"Microsoft" Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələndiyini bildirib
Digər ölkələr01:57
Polşada hərbi poliqonda partlayış nəticəsində iki nəfər yaralanıb
Digər ölkələr01:49
İspaniyada barda silahlı insident olub, ölənlər var
Digər ölkələr01:18