"Microsoft" Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələndiyini bildirib

Digər ölkələr
  • 07 sentyabr, 2025
  • 02:31
Microsoft Qırmızı dənizdə beynəlxalq sualtı kabellərin zədələndiyini bildirib

"Microsoft Azure" bulud platformasının istifadəçiləri Qırmızı dənizdəki bir neçə beynəlxalq sualtı kabelinin zədələnməsi səbəbindən xidmətin işində problemlərlə üzləşə bilərlər.

"Report" xəbər verir ki, bu barədə "Microsoft"un açıqlamasında deyilir.

"Asiya və Avropa regionlarından, Yaxın Şərqdən keçən trafik, Qırmızı dənizdəki bir neçə sualtı fiber optik kabelin zədələnməsi səbəbindən gecikmələrlə qarşılaşa bilər", - açıqlamada deyilir.

Amerika texnologiya korporasiyası kabellərin bərpası üçün vaxt lazım olacağını xəbərdar edib. Zərərə nəyin səbəb olduğu dəqiqləşdirilməyib.

"Bloomberg" agentliyinin məlumatına görə, Qırmızı dəniz Avropanı Afrika və Asiya ilə birləşdirən mühüm telekommunikasiya marşrutudur. Nəşr xəbərdarlıq edib ki, "Əənsar Allah" üsyançı hərəkatınını yəmənli husilərinin Qırmızı dənizdəki gəmilərə davamlı hücumları səbəbindən sualtı kabellərin təmiri çətin ola bilər.