Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövrü üçün iki tövsiyə təqdim olunub

İnfrastruktur
  • 22 oktyabr, 2025
  • 12:04
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövrü üçün iki tövsiyə təqdim olunub

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) prezidentlik dövrü üçün beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafına dair iki tövsiyə təqdim olunub.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, Bakıda ITF-nin 4-cü rüblük iclası çərçivəsində 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin iclasında İş Proqramının layihəsinin müzakirəsi zamanı baş tutub.

Bildirilib ki, iclaslarda 42 üzv ölkə təmsil olunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir. Üzv ölkələr həmçinin gələcək tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparıblar və prioritet sahələrin müəyyənləşdirilməsinə dair təkliflər səsləndiriblər.

İTF-nin Baş katibi Yunq Ta Kim çıxışında Azərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Baş katib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyata keçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Daha sonra iştirakçılar 2024 – 2025-ci illər üzrə görülən işləri qiymətləndiriblər. Azərbaycan tərəfi ITF-in hesabatının ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti