Vüqar Gülməmmədov: "Büdcədən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır"

Maliyyə
  • 19 noyabr, 2025
  • 14:18
Vüqar Gülməmmədov: Büdcədən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır
Vüqar Gülməmmədov

Dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşu zamanı müzakirəsində bildirib.

Onun sözlərinə görə, növbəti ildə xərclərin strukturunda əhəmiyyətli dəyişikliklər uçot siyasəti ilə bağlıdır: "Təsərrüfat hesablı müəssisələrin büdcə xərcləri üzrə əməliyyatlarının xəzinə müşayiəti ilə aparılması nəzərdə tutulur. Bu dəyişiklik müvafiq vəsaitlərin icrasına nəzarəti təmin etmək, habelə ayrılan vəsaitin həcminin optimallaşdırılması, əsaslı və cari xərclərin düzgün planlaşdırılması və icrası aspektindən müsbət qiymətləndirilir".

O əlavə edib ki, bu yanaşma ilə publik hüquqi şəxslərdə dövlət sifarişi müqaviləsi ikinci dərəcəli sənədə çevrilir: "Ümumiyyətlə, yeni yanaşma dövlət sifarişi anlayışına yenidən baxılmanı, həmçinin bu mexanizmin təkmilləşdirilməsini (xüsusilə sifarişinin qiymətinin müəyyənləşdirilməsi üzrə) labüd edir. Digər istiqamət olan subsidiyalarla bağlı da təklifimizi irəli sürmüşük. Hesab edirik ki, dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır. Qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin (zərərinin) qarşılanması üçün verilmə meyarının gözlənilməməsi risklərini yaradır Bundan əlavə, dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirinin də diqqətdə saxlanılmasını zəruri edir".

Son xəbərlər

Bütün Xəbər Lenti