AAYDA törəmə şirkətinin nizamnamə kapitalını kəskin artırıb

İnfrastruktur
  • 16 avqust, 2023
  • 08:25
AAYDA törəmə şirkətinin nizamnamə kapitalını kəskin artırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "5 №-li Yol İstismarı" MMC-nin nizamnamə kapitalı 5 milyon manat və yaxud 2,7 dəfə artırılıb.

“Report”un əldə etdiyi məlumata görə, şirkətin kapitalı 3 milyon manatdan 8 milyon manata çatdırılıb.

Xatırladaq ki, "5 №-li Yol İstismarı" MMC 2000-ci ildə təsis edilib.