Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Digər ölkələr
- 30 aprel, 2026
- 03:22
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ehtiyatlardan yeni on minlərlə ton neft çıxarılacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya Prezidenti bu barədə "TV Blic"ə müsahibəsində danışıb.
A. Vuçiçin sözlərinə görə, neft çıxarıldıqdan sonra ehtiyatları bərpa etmək lazımdır, bu da əlavə maliyyə yükünün yaranmasına səbəb olur.
"Bunu kompensasiya etmək üçün hazırda 17 milyon avro çatmır", - Vuçiç qeyd edib.
O, sözügedən məsələnin artıq maliyyə naziri Sinişa Mali ilə razılaşdırıldığını vurğulayıb.
Serbiya Prezidenti bildirib ki, əvvəllər istehza ilə yanaşılan məsələ – ehtiyatların yaradılması məsələsinin, əslində, çox vacib olduğu bu günlərdə üzə çıxıb.
Son xəbərlər
05:10
Tramp İranla bağlanan müqaviləni Tehranın " qeyd-şərtsiz kapitulasiyası" adlandırıb
Digər ölkələr05:01
DÇ-2026: Meksika - Cənubi Koreya oyunu başlayıb
Futbol04:57
Het-trik edən futbolçu Kanada - Qətər matçının ən yaxşısı seçilib
Futbol04:33
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Digər ölkələr04:02
DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib - YENİLƏNİB-7
Futbol04:00
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır
Region03:58
Kanada millisinin futbolçusu Qətərlə matçda ağır zədə alıb
Futbol03:36
Bosniya və Herseqovina millisinin baş məşqçisi: "Bizim üçün hələ hər şey bitməyib"
Futbol03:29