ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

İnfrastruktur
  • 04 fevral, 2026
  • 10:28
ASCO-nun Bərdə gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bərdə" gəmi-bərəsinin təmiri uğurla başa çatıb.

"Report" ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı, sukeçirməyən qapılar yenilənib. Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, lokomativ-avtovazlar sazlanıb.

Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat rənglənib. Həmçinin heyətə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri təmir edilib.

Təmirdən sonra yenidən istismara qaytarılan gəmi ilk reysində Türkmənistanın Türkmənbaşı limanına 32 vaqon və 12 qoşqu çatdırıb.

Qeyd edək ki, uzunluğu 154, eni 17 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir. Bərənin dedveyti 5 500 tondur.

Son xəbərlər

Bütün Xəbər Lenti