AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil

Maliyyə
  • 04 fevral, 2026
  • 13:24
AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların əmanət portfelində dedollarizasiya prosesinin sona qədər getməsində, başqa sözlə bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz bəndi azdır. Bizim ​hədəfimiz 20-25 %-dir və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bunun sona qədər getməsini istəmirik. Çünki iqtisadiyyatın xarici valyutada olan kreditlərə qədər tələbatı var. Bu gün bu tələbatın xüsusi çəkisi 14 %-dir", - deyə o qeyd edib.

T.Kazımovun sözlərinə görə, bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur: "Hüquqi şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 41 %-dir. Yəni, əlavə 27 % dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta dollarla depozit cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşirik".

Son xəbərlər

Bütün Xəbər Lenti