Nigeriyanın qərbində silahlılar azı 162 nəfəri öldürüb - YENİLƏNİB

Digər ölkələr
  • 04 fevral, 2026
  • 19:22
Nigeriyanın qərbində silahlılar azı 162 nəfəri öldürüb - YENİLƏNİB

Nigeriyanın qərbindəki Kvara ştatının Voro kəndinə silahlıların hücumu nəticəsində azı 162 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

"Məlumatlara görə, hazırda ölənlərin sayı 162 nəfər təşkil edir. Meyitlərin axtarışı davam edir", - deyə Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin katibi Babaomo Ayodeci bildirib.

Nigeriya polisi hücum faktını təsdiqləyib, lakin qurbanlar barədə məlumat verməyib. Silahlılar fevralın 3-ü axşam saatlarında Voro kəndinə hücum edib, yerli mağazaları və digər obyektləri yandırıblar.

Nigeriyanın Kvara ştatında cinayətkar dəstə üzvlərinin yaşayış məntəqəsinə hücumu nəticəsində ən azı 35 nəfər həlak olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, cinayətkarlar axşam saatlarında hücum zamanı evləri və mağazaları yandırıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti