Aşağı Muğan kanalının yenidən qurulmasına ilkin mərhələdə 75 milyon manat xərclənəcək

İnfrastruktur
  • 12 dekabr, 2025
  • 10:02
Aşağı Muğan kanalının yenidən qurulmasına ilkin mərhələdə 75 milyon manat xərclənəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Aşağı Muğan kanalının yenidən qurulmasının I mərhələsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Euroline" QSC-dir.

Qalib şirkətə 75,047 milyon manat ödəniləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti