Putinin köməkçisi: Ukrayna ilə bağlı sənəd gözləntilərimizə tam uyğun olmaya bilər
- 12 dekabr, 2025
- 13:36
Rusiya ABŞ-nin Ukrayna ilə bağlı sənədlərinin redaktə olunmuş versiyalarını hələ görməyib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Moskvanın gələcəkdə alacağı sənəd onun gözləntilərinə tam uyğun olmaya bilər.
"Avropa və Ukrayna ilə bütün bu işgüzar danışıqlardan sonra sənəd və ya sənədlər bizə təqdim edilməlidir. Biz bu təmaslardan sonra həmin sənədlərlə bağlı hansı dəyişiklərin olduğunu görməliyik", - o bildirib.
Uşakov deyib ki, gec-tez Moskva Ukrayna böhranının sülh yolu ilə həlli planı üzrə Vaşinqtonla fəal təmasda olacaq.
Onun fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərini müvəqqəti atəşkəsə nail olmaq üçün bir fürsət kimi nəzərdən keçirə bilər.
"Zelenskinin seçkiləri müvəqqəti atəşkəsə nail olmaq fürsəti kimi nəzərdən keçirəcəyi istisna edilmir", - o qeyd edib.