"Ajet" aviaşirkətinin kapitanı Bakı aeroportuna göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib
İnfrastruktur
- 22 sentyabr, 2025
- 17:44
Bu gün Ankara-Bakı müntəzəm reysini həyata keçirən Türkiyənin "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
"Report" bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Hadisə aeroportun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
06:45
Qazaxıstan konsorsiuma hücumundan sonra bütün neft ixrac variantlarından istifadə edəcək
Region06:13
Dövlət Departamenti Ukrayna nümayəndə heyəti ilə danışıqları konstruktiv adlandırıb
Digər ölkələr05:36
ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr dekabrın 6-da davam edəcək
Digər ölkələr05:01
Qazaxıstan Ukraynanın hücumundan sonra neft hasilatının saxlanılmasını prioritet hesab edir
Region04:45
ABŞ Danimarkaya 3 milyard dollarlıq müasir hərbi sistem satır
Digər ölkələr04:23
Dövlət Departamenti: ABŞ və Ukrayna münaqişəyə son qoymaq üçün addımların atılmasının vacibliyini qeyd ediblər
Digər ölkələr04:00
Məhkəmə Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını yoxlayacaq
Digər ölkələr03:38
Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə edib
Digər ölkələr03:11