ABŞ Danimarkaya 3 milyard dollarlıq müasir hərbi sistem satır

Digər ölkələr
  • 06 dekabr, 2025
  • 04:45
ABŞ Danimarkaya 3 milyard dollarlıq müasir hərbi sistem satır

ABŞ Dövlət Departamenti Danimarkaya 3 milyard dollara inteqrasiya edilmiş döyüş komandanlığı sisteminin (IBCS) hava və raketdən müdafiə döyüş idarəetmə sistemi və əlaqəli logistikanın potensial satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə dekabrın 5-də hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamaya görə, sözügedən sistem artilleriya atəşindən müdafiə vasitələri, yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə təchiz edilib.

Sənəddə vurğulanıb ki, təklif olunan satış ABŞ-nin NATO müttəfiqinin döyüş imkanlarını gücləndirməklə xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğundur.

"Lockheed Martin", "RTX Corporation" və "Northrop Grumman"ın əsas podratçılar olacağı gözlənilir. ABŞ administrasiyası artıq Konqresi sistemin potensial satışını təsdiqləmək qərarı barədə məlumat verib.

Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq barədə düşünmək üçün 30 günü var.

Son xəbərlər

Bütün Xəbər Lenti