Dövlət Departamenti: ABŞ və Ukrayna münaqişəyə son qoymaq üçün addımların atılmasının vacibliyini qeyd ediblər

Digər ölkələr
  • 06 dekabr, 2025
  • 04:23
Dövlət Departamenti: ABŞ və Ukrayna münaqişəyə son qoymaq üçün addımların atılmasının vacibliyini qeyd ediblər

Rusiya-Ukrayna müharibəsinin həlli üçün Floridada keçirilən danışıqlarda ABŞ və Ukrayna nümayəndələri atəşkəs və gərginliyi azaltmaq üçün addımların atılmasının vacibliyini vurğulayıblar.

"Report"un məlumatına görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Sənədə əsasən, iki ölkənin nümayəndələri məsləhətləşmələr zamanı vurğulayıblar ki, "atəşkəs və gərginliyin azaldılması istiqamətində addımlar" münaqişənin yenidən başlanmasının qarşısını almaq və "Ukraynanın bərpası üçün hərtərəfli plan"ı həyata keçirmək üçün zəruridir.

Danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşner iştirak edib.

Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatov təmsil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti