Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur

İncəsənət
  • 21 oktyabr, 2025
  • 09:54
Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur
Yadigar Muradov

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika hiss olunur.

Bunu "Report"a açıqlamasında oğlu Yaşar Muradov deyib.

Onun sözlərinə görə, atasının müalicəsini xəstəxanada davam etdirilir.

"Qızdırması əvvəlki kimi olmur, aşağıdır. Hazırda bədəni güc toplama mərhələsindədir. Bədən özünü bərpa etsin, növbəti əməliyyat gözlənilir", - o əlavə edib.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti