Nazir: "Azərbaycanda "MyGov Biznes Platforması" istifadəyə veriləcək"
- 29 sentyabr, 2025
- 10:44

Azərbaycanda bu yaxınlarda "MyGov Biznes Platforması" istifadəyə veriləcək.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
Onun sözlərinə görə, hazırda təxminən 2 milyon Azərbaycan vətəndaşı "MyGov" platformasından aktiv istifadə edir: "Biz yaxın aylarda ABŞ şirkəti ilə birgə "MyGov Biznes Platforması"nı istifadəyə verəcəyik. Bu da bizneslərimizə bütün dövlət xidmətlərinə bir pəncərədən tam giriş imkanı verəcək".
O həmçinin qeyd edib ki, SİMA biometrik imzası hazırda təxminən 3,3 milyon aktiv istifadəçiyə malikdir və Azərbaycan bu texnologiyanı gündəlik həyatında aktiv şəkildə istifadə edən az sayda ölkələrdən biridir".