Musa Quliyev: Süni intellektin geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasına ehtiyac var

İKT
  • 24 oktyabr, 2025
  • 10:54
Musa Quliyev: Süni intellektin geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasına ehtiyac var

Azərbaycanda süni intellektin coğrafi miqyasda geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasına ehtiyac var.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dünyada süni intellekt texnologiya deyil, ictimai nəzarət və maraq predmeti kimi qiymətləndirilir.

"Süni intellekt gündən-günə cəmiyyətdə özünü daha çox göstərir, müasir həyata sürətlə inteqrasiya edir. Dördüncü sənaye inqilabı ilə birlikdə sosial inkişafın hərəkətverici qüvvəsinə çevrilib. Həmçinin, bu sahənin ölkəmizdə tətbiqi üçün beynəlxalq əməkdaşlıq da zəruridir", - komitə sədri vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti