İşğaldan azad olunmuş ərazilərdə faydalı qazıntıların yayılma arealları müəyyən edilir

İKT
  • 21 oktyabr, 2025
  • 11:24
İşğaldan azad olunmuş ərazilərdə faydalı qazıntıların yayılma arealları müəyyən edilir
Şahin Ataşov

Azərbaycanda kosmik şəkillərin incələnməsi ilə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntıların yayılma areallarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Ataşov Bakıda keçirilən "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu işlər yüksək texnoloji yanaşma ilə davam etdirilir: "Gələcəkdə bunun süni intellektlə də əvəzlənərək, daha qabaqcıl texnologiyanın tətbiqi ilə daha tez və rahat əldə olunması imkanları araşdırılır. Kosmos Agentliklə ilə artıq bu məsələ müzakirə olunur və birgə işin aparılması nəzərdə tutulub".

Sədr müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əvvəllər də (işğaldan öncə) daimi monitorinqlər aparılıb: "Həmin ərazilərdə mədənlərin istismarı ilə ətraf mühitə atılan tullantıların miqdarı, hasil edilən faydalı qazıntıların ilkin həcmi haqqında məlumatlar var. Faydalı qazıntıların öyrənilməsi, geoloji sahənın öyrənilməsi, yerin təkinin təsirinin öyrənilməsi üçün kosmik görüntülərin xüsusi əhəmiyyəti var".

Son xəbərlər

Bütün Xəbər Lenti