İmran Muxtarov: "Azərbaycan regionda kosmos mərkəzi kimi rolunu gücləndirir"
- 16 noyabr, 2025
- 12:18
Azərbaycan regionda kosmos mərkəzi kimi rolunu gücləndirir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.
Onun sözlərinə görə, Azərbaycan regionda kosmos mərkəzi modelini gücləndirir, bu istiqamətdə müxtəlif proqramlar həyata keçirir: "Bununla ölkə özünü həm də Mərkəzi Asiya və daha geniş region üçün strateji rəqəmsal kosmos sahəsində keçidlə bağlı mövqeyini möhkəmləndirir".
İ. Muxtarov qeyd edib ki, Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində təşkil olunan Qlobal Gənclər Günü təqvimdəki sadə bir hadisə deyil: "Bu gözəl tədbir bizim bütün arzularımızın və dəyərlərimizin bayramıdır".