Estoniya səfiri: "Azərbaycan şirkətlərini rəqəmsal xidmətlərin inkişafında dəstəkləyirik"

İKT
  • 21 oktyabr, 2025
  • 17:41
Estoniya səfiri: Azərbaycan şirkətlərini rəqəmsal xidmətlərin inkişafında dəstəkləyirik

Estoniya Azərbaycan şirkətlərini rəqəmsal xidmətlərin inkişafında fəal şəkildə dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Estoniyanın Azərbaycandakı səfiri Vayno Reynart Bakıda keçirilən "Mərkəzi Baltik – Azərbaycan" biznes forumunda bildirib.

"Estoniya Azərbaycan şirkətlərini və hökumətini rəqəmsal xidmətlərin inkişafında fəal şəkildə dəstəkləyir ki, bu da son geosiyasi dəyişikliklər, Azərbaycanın Asiya ilə Avropa arasında oynadığı körpü rolu fonunda xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

V.Reynart vurğulayıb ki, Estoniya, Finlandiya və Latviya regional inteqrasiya ilə bağlı təsirli nümunə nümayiş etdirir, Azərbaycan isə qonşu ölkələrlə uğurla əməkdaşlıq edir: "Coğrafi uzaqlığa baxmayaraq, ölkələr ümumi tarixi çağırışlara, müstəqilliyin bərpası və uğurlu transformasiya təcrübəsinə, həmçinin birgə gələcək formalaşdırmaq üçün ortaq maraqlara malikdir. Estoniya ilə Azərbaycan arasında güclü siyasi əlaqələrlə dəstəklənən ticarət inkişaf edir, lakin insan münasibətləri və qarşılıqlı əlaqə ən mühüm amillər olaraq qalır ki, bu da uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir".

Son xəbərlər

Bütün Xəbər Lenti