Dövlət Xidməti rəsmisi: Neft emalının idarə olunması sistemlərinə kiberhücumlar simulyasiya olunacaq

İKT
  • 09 oktyabr, 2025
  • 09:31
Dövlət Xidməti rəsmisi: Neft emalının idarə olunması sistemlərinə kiberhücumlar simulyasiya olunacaq
Tural Məmmədov

Azərbaycanda neft emalının idarə olunması sistemlərinə kiberhücumlar simulyasiya olunacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (Critical Infrastructure Defence Challenge-CIDC 2025) kibertəhlükəsizlik festivalı çərçivəsində bildirib.

Onun sözlərinə görə, simulyasiya üç istiqamətdə olacaq: "Burada söhbət ilk növbədə havada, torpaqda və suda olan kritik infrastrukturların simulyasiyasından gedir. Hava ilə bağlı simulyasiyaya hava limanının və yaxud təyyarələrin idarə olunmasını misal göstərə bilərik. Yerlə bağlı simulyasiya taksilərin izlənməsini, işıqforların və şəhər nəqliyyatının, sərbəst ödəmə məntəqələrinin idarə olunması kimi ola bilər. Dənizlə bağlı simulyasiyada isə neft daşlarını göstərmişik, yəni neft emalının idarə olunması sistemlərinə kiber hücumlar simulyasiya olunacaq".

T.Məmmədov əlavə edib ki, CIDC-2025 çərçivəsində 20 yerli və 5 xarici komanda final mərhələsində yarışacaq: "Bu komandalar Bakı şəhərinin simulyasiya olunmuş modelində bir sıra obyektlərə olan kiber hücumları analiz edəcək, kiber hücumları aşkarlamaq üçün öz səylərini göstərəcək, eyni zamanda həmin infrastrukturlarda kiber təhlükəsizlik və informasiya təhlükəsizliyi boşluqlarının aşkarılanmasında öz təcrübələrini nümayiş etdirəcəklər".

Son xəbərlər

Bütün Xəbər Lenti