Ermənistanda sabiq nazir mənimsədiyi 62 min dollara yaxın vəsaiti dövlətə qaytaracaq

Region
  • 09 oktyabr, 2025
  • 11:59
Ermənistanda sabiq nazir mənimsədiyi 62 min dollara yaxın vəsaiti dövlətə qaytaracaq

Ermənistanda Antikorrupsiya Məhkəməsi sabiq mədəniyyət naziri Asmik Poqosyandan dövlətə dəyən ziyanın əvəzi olaraq təxminən 62 min dollar müsadirə edir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Cinayət işi materiallarına əsasən, zərər 2007-2008-ci illərdə Kobayravank monastır kompleksinin bərpası üzrə müqavilələrin lazımi şəkildə icra edilməməsi nəticəsində dəyib.

İşlər "Abidələrin bərpası proqramı" çərçivəsində aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti