Çubak Temirov: "Qırğızıstan Azərbaycanın vençur fondları təcrübəsini öyrənir"

İKT
  • 05 noyabr, 2025
  • 15:27
Çubak Temirov: Qırğızıstan Azərbaycanın vençur fondları təcrübəsini öyrənir

Qırğızıstan Azərbaycanın vençur fondları sahəsindəki təcrübəsini mənimsəmək niyyətindədir.

Bunu "Reporta" açıqlamasında Qırğızıstanın Yüksək Texnologiyalar Parkının direktorunun müavini Çubak Temirov bildirib.

Onun sözlərinə görə, söhbət həm vençur fondların yaradılması, həm də qlobal investorların cəlb olunması sahəsində əldə olunan təcrübəsdən gedir: "Azərbaycanda kifayət qədər yerli və xarici fond fəaliyyət göstərir. Yeni fondların yaradıldığını görürük. Digər tərəfdən bu gün Azərbaycanda kifayət qədər çox dünyanın iri texnoloji ("Big Tech") şirkətlərinin təmsil olunduğu müşahidə edirik. Elə şirkətlər var ki, onlar hələ nə Qazaxıstanda, nə də Özbəkistana gəlməyiblər. Yəni Azərbaycanda bu sahədə böyük irəliləyiş əldə olunub. Digər maraq doğuran məsələ də "Big Tech" şirkətlərin ölkəyə cəlb olunması sahəsindəki təcrübənizin öyrənilməsidir".

Yüksək texnologiyalar sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayan Ç.Temirov bu sahədə böyük potensialın olduğunu diqqətə çatdırıb: "Bizim sabah.hub fondu ilə çox yaxşı əlaqələrimiz formalaşıb. Ötən il onlar Qırğızıstanda təşkil olanan ən böyük İT forumda iştirak etmişdilər. Bu il isə biz artıq burada təşkil olunan "Baku İD"də təmsil olunduq. Bir necə ay əvvəl isə Azərbaycanda region startapları üçün elan edilən akselerasiya proqramında Qırğızıstanın da bir necə startapı iştirak edib. Yəni biz artıq Azərbaycanla startap sahəsində orijinal inteqrasiyanın formalaşdığını görürük".

Son xəbərlər

Bütün Xəbər Lenti