Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə iqtisadi inteqrasiyanı dərinləşdirə bilər

Biznes
  • 05 noyabr, 2025
  • 17:23
Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə iqtisadi inteqrasiyanı dərinləşdirə bilər

Azərbaycan və Ərəb Koordinasiya Qrupu arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Bakıda Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masasında Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli əməkdaşlığını vurğuladıq. Tədbir çərçivəsində regionun #iqtisadi mənzərəsini yenidən formalaşdıran sərmayə imkanları, işğaldan azad edilmiş ərazilərin investisiya potensialı, strateji infrastruktur layihələri və birgə maliyyələşmə perspektivləri barədə müzakirələr apardıq. Dayanıqlı inkişafın təmin olunması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ortaq rifahın təşviqi istiqamətində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdik", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti