"Azərkosmos"un ixrac gəlirləri açıqlanıb

İKT
  • 31 oktyabr, 2025
  • 11:57
Azərkosmosun ixrac gəlirləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 13,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

9 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,5 milyon ABŞ dolları), Lüksemburq (2,6 milyon ABŞ dolları), İsveç (717,6 min ABŞ dolları), Nigeriya (635,8 min ABŞ dolları) və Türkiyə (614,3 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.

Təkcə sentyabrda isə "Azərkosmos" 35 ölkəyə 1,6 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 6,7% çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti