Taekvondo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Vətənə qayıdıb

Fərdi
  • 31 oktyabr, 2025
  • 18:11
Taekvondo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Vətənə qayıdıb

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Vətənə qayıdıb.

"Report" xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman həvəskarları, jurnalistlər, taekvondoçuların yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki milli üzvlərindən Qaşım Maqomedov mundialda bürünc medal qazanıb. Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti