"Qarabağ"ın rəqibinin futbolçusu karyerasını Türkiyə Superliqasında davam etdirəcək
İdman
- 12 sentyabr, 2025
- 16:00
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Kopenhagen" (Danimarka) klubunun futbolçusu Qerman Onuqha karyerasını Türkiyə Superliqası klubu "Kayserispor"da davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflərin futbolçunun transferi ilə bağlı razılığa gəldikləri bildirlib. Q.Onuqha 2024-cü ildə "Kopenhagen"ə keçib və cəmi 8 oyunda iştirak edib. O, daha sonra Danimarkanın "Vayle" klubuna icarəyə verilib.
Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Son xəbərlər
20:06
Zərdabda qanunsuz ağac kəsən şəxs saxlanılıb
Hadisə20:03
"Ayaks" "Qalatasaray" məğlubiyyətindən sonra baş məşqçisi ilə yollarını ayırıb
Futbol20:02
Filippində kütləvi insan ölümünə səbəb olan "Kalmaegi" qasırğası Vyetnamı cənginə alıb
Digər ölkələr19:56
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Xarici siyasət19:54
Foto
Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib
Xarici siyasət19:52
Trampın Pelosinin siyasətdən getməsinə reaksiyası: Bu, ABŞ üçün böyük hadisədir
Digər ölkələr19:46
Putin Rusiyada elektron siqaret satışına tam qadağa qoyulması ideyasını dəstəkləyib
Region19:44
"Araz-Naxçıvan"ın kapitanı: "Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi"
Futbol19:41
Foto