Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib

Xarici siyasət
  • 06 noyabr, 2025
  • 19:54
Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib

Azərbaycanın Kubadakı səfirliyinin təşkilatçılığı ilə Havana şəhərində Zəfər Gününün 5-ci ildönümünə həsr olunan Azərbaycan milli musiqi nümunələrindən ibarət konsert proqramı keçirilib.

"Report" səfirliyə istinadən xəbər verir ki, tədbirdə Kuba Xarici İşlər Nazirliyinin, diplomatik korpusun və KİV nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib.

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev tarixin şanlı səhifələrinə həkk edilmiş və əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyan 8 Noyabr - Zəfər Günü barədə məlumat verərək, birlik, cəsarət və qəhrəmanlığı təcəssüm etdirən bu tarixi zəfərin müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

R.Rzayev Azərbaycanın bölgədə sülh gündəliyini təşviq etdiyini, bu ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin Cənubi Qafqaz regionunda davamlı sülhün və əməkdaşlıq ruhunun bərqərar olmasına mühüm zəmin yaratdığını qeyd edib.

Sonra müasir və xalq üslubunu özünəməxsus şəkildə birləşdirən tar ifaçısı İbrahim Babayev və onun qrupunun, Pərviz Məmmədov (piano) və Vəfadar Ramiz (ritm alətləri) ifasında Azərbaycan milli musiqiləri, o cümlədən Kuba musiqi nümunəsi səslənib.

Tamaşaçıların və yerli ictimaiyyətin böyük marağına səbəb olan musiqiçilərin çıxışları sürəkli alqışlarla qarşılanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti