DSX-nin Tibb Xidmətinin rəisi: "Sərhədçilər arasında da koronavirusa yoluxan var"

Hərbi
  • 18 fevral, 2021
  • 11:19
DSX-nin Tibb Xidmətinin rəisi: Sərhədçilər arasında da koronavirusa yoluxan var

"İndiyədək Dövlət Sərhəd Xidmətinin (DSX) 23 nəfər hərbi qulluqçusu və mülki işçisi vaksinasiya olunub".

"Report" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, polkovnik Kənan Yusif-zadə deyib.

"Bu gündən etibarən DSX-nin Bakı Qarnizonu, daha sonra isə hərbi hissələr üzrə kütləvi şəkildə vaksinasiya davam edəcək. Bütün məlumatlar toplandıqdan sonra təhlil olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək", - o bildirib.

K.Yusif-zadə vurğulayıb ki, sərhədçilər arasında da koronavirusa yoluxan var: "Hazırda 6 nəfər COVID-19 virusunun daşıyıcısıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti