Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər
Hərbi
- 20 sentyabr, 2021
- 09:27

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul üzərində nümunəvi uçuşlar həyata keçiriblər.
"Report"un xəbərinə görə, uçuşda Türkiyə HHQ-yə məxsus F-16, F-4 və Azərbaycan HHQ-nə aid 2 ədəd MiQ-29 qırıcı təyyarələri olmaqla ümumilikdə 15 təyyarə iştirak edib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Sentyabrın 21-də başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan və Türkiyə qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Son xəbərlər
08:38
Tramp bu gün FTB direktoru ilə mətbuat konfransı keçirəcək
Digər ölkələr08:16
Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:08
Abşeronda 20 yaşlı oğlan qətlə yetirilib
Hadisə07:47
Foto
Türkiyəli deputat Azərbaycanın ABŞ-dəki səfirliyində olub
Digər ölkələr07:24
Çində baş verən yol qəzasında səkkiz nəfər ölüb, dörd nəfər yaralanıb
Digər ölkələr06:59
ABŞ ordusu elektrik təchizatı üçün nüvə reaktorlarının tətbiqi proqramını başladıb
Digər ölkələr06:27
Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib
Maliyyə06:05
Foto
Video
Ekvadorda ticarət mərkəzinin yaxınlığında partlayış baş verib, ölənlər və yaralananlar var
Digər ölkələr05:46