Türkiyəli deputat Azərbaycanın ABŞ-dəki səfirliyində olub

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 07:47
Türkiyəli deputat Azərbaycanın ABŞ-dəki səfirliyində olub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini İlyas Topsakal Azərbaycanın ABŞ-dəki səfirliyində olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

"Dəyərli qardaşımız cənab Topsakala səmimi ziyarəti və məhsuldar müzakirə üçün təşəkkür edir, qardaş Türkiyə və türk dünyası ilə aramızdakı qardaşlıq, dostluq və həmrəyliyin hər gün daha da güclənməsini arzu edirik", - paylaşımda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti