Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Hərbi
- 30 sentyabr, 2025
- 20:39
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
"Report" xəbər verir ki, başsağlığında deyilir:
"Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu edirik.
Allah rəhmət eləsin".
Son xəbərlər
12:57
Elçin Əmirbəyov Bern şəhərində görüşlər keçirib
Xarici siyasət12:43
İspaniyalı mütəxəssis İngiltərə klubunun rekordçusu olub
Futbol12:41
Azərbaycan və Əfqanıstan nümayəndələri ədliyyə sahəsində əməkdaşlığı müzakirə ediblər
Xarici siyasət12:40
Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir
Xarici siyasət12:38
Çin Qəzzaya 100 milyon dollar ayıracaq
Digər ölkələr12:37
Foto
Azərbaycan Türkiyənin sərhədyanı bölgələri ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Biznes12:31
Çində 6,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr12:31
Böyük Britaniyanın Azərbaycanda səfiri: Müdafiə strateji tərəfdaşlığın əsas sütunudur
Xarici siyasət12:29
Foto
Video