Azərbaycan hərbçilərinin qatıldğı NATO təlimində müdafiə şirkətlərinin sərgiləri keçirilib

Hərbi
  • 26 oktyabr, 2025
  • 13:21
Azərbaycan hərbçilərinin qatıldğı NATO təlimində müdafiə şirkətlərinin sərgiləri keçirilib

Türkiyənin Çanaqqala və Saros körfəzində təşkil olunan, Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq "Nüsrət-2025 Dəvət Təlimi" çərçivəsində Nara qalasında müdafiə sənayesi şirkətlərinin sərgiləri və təqdimatları keçirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi etdiyi "Nüsrət-2025 Dəvət Təlimi" dost və müttəfiq ölkələrin iştirakı ilə 24-31 oktyabrda keçirilir.

Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Bbeynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti