Mahmud Abbas seçkilərədək Fələstinə rəhbərlik edəcək şəxsi müəyyənləşdirib

Digər ölkələr
  • 26 oktyabr, 2025
  • 17:34
Mahmud Abbas seçkilərədək Fələstinə rəhbərlik edəcək şəxsi müəyyənləşdirib

Fələstin Prezidenti Mahmud Abbas seçkilərədək ölkənin Milli Administrasiyasına rəhbərlik edəcək şəxs barədə yeni konstitusion bəyannamə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə WAFA agentliyi sənədə istinadən məlumat yayıb.

Sənədə əsasən, əgər bu post Qanunverici Şura mövcud olmadığı bir vaxtda boş qalarsa, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi sədrinin müavini və Fələstinin vitse-prezidenti müvəqqəti olaraq səlahiyyətləri icra edəcək. Bu müddət 90 günü keçməməlidir və həmin dövrdə qanunlara uyğun olaraq yeni prezidentin seçilməsi üçün azad və birbaşa seçkilər keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti