Litva Prezidenti Belarusla sərhədi bağlamağı təklif edir
- 26 oktyabr, 2025
- 17:49
Litva Prezidenti Gitanas Nauseda Belarusla sərhədi birdəfəlik bağlamağı və ya Kalininqrada hava şarlarının buraxılması səbəbindən tranziti məhdudlaşdırmağı təklif edir.
"Report" "Delfi" portalına istinadən xəbər verir ki, bu barədə Litva Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət yaxın günlərdə bu tədbirləri təklif etməlidir. Müzakirə olunan variantlara Belarusla sərhədin uzunmüddətli bağlanması və Kalininqraddan tranzitə məhdudiyyətlər daxil edilməlidir", - məlumatda bildirilir.
Nəşr bildirib ki, Litvaya hava şarlarının dəfələrlə buraxılması səbəbindən Prezident oktyabrın 28-də hökumətdaxili iclas çağırır.
Xatırladaq ki, bu həftə Litva hava limanları Belarusdan hava şarlarının buraxılması və xaricdən qanunsuz malların daşınması səbəbindən bir neçə dəfə bağlanıb. Hadisə ilə bağlı dörd şübhəli saxlanılıb.