Zəngilanda silah-sursat aşkar edilib
Hadisə
- 13 noyabr, 2021
- 06:49
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.
Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
06:13
Tramp Kanadaya qarşı rüsumların artırıla biləcəyini açıqlayıb
Digər ölkələr05:45
Dinozavrların məhvinə səbəb olan asteroid nadir kosmik cisim tipinə aid olub
Maraqlı05:14
Anomal istilər Tunisi işıqsız qoyub
Digər ölkələr04:38
İran Səudiyyə Ərəbistanına ballistik raket atıb, ABŞ hərbi obyektlərinə zərbələr endirib
Region04:03
FIFA və Ağ Ev meşə yanğınları fonunda DÇ-2026-nın finalını müzakirə edəcək
Digər ölkələr03:26
ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub - YENİLƏNİB
Region03:10
Tramp Messi, Ronaldo və Keynin oyununu yüksək qiymətləndirib
Maraqlı02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb
Digər ölkələr02:10