Tərtərdə istirahət mərkəzinə cavabdeh şəxs barəsində cinayət işi başlanılıb
Hadisə
- 29 iyul, 2021
- 08:26
Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən istirahət mərkəzində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Tərtər İstirahət Mərkəzi”ndə təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.
Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər RPŞ-də cinayət işi başlanılaraq araşdırma aparılır.
Son xəbərlər
09:36
Ağsuda avtomobil aşıb, ölən var
Hadisə09:34
Azərbaycan nefti bahalaşıb
Energetika09:27
Neymar uzun müddətdən sonra het-trik edib
Futbol09:18
Azərbaycan Basketbol Liqasında bu gün daha 2 qarşılaşma baş tutacaq
Komanda09:14
Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan regional təşəbbüslərin reallaşma perspektivlərini nəzərdən keçiriblər - YENİLƏNİB
Xarici siyasət09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq
Futbol09:06
Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb
Digər ölkələr09:05