Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə
  • 16 sentyabr, 2025
  • 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıt şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində yerləşən yaşayış binasında yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

Binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının elektrik lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Son xəbərlər

Bütün Xəbər Lenti