“KamAZ” marketə çarpılıb, yol kənarında dayanan şəxslər son anda qurtulub - VİDEO
Hadisə
- 08 aprel, 2021
- 12:24

İmişlidə qəza törədən “KamAZ”ın marketə çarpılması anı təhlükəsizlik kamerasına düşüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“KamAZ” markalı yük maşını dairəvi yola daxil olan zaman sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün avtomobili yolun hərəkət hissəsindən kənara çəkib. Lakin bu zaman sürücü idarəetməni itirib və “KamAZ” əvvəlcə yol kənarında dayanan minik avtomobilinə, sonra isə marketə çarpılıb.
Həmin vaxt yolun kənarında dayanan şəxslər son anda xilas ola biliblər. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

“KamAZ” marketə çarpılıb, yol kənarında dayanan şəxslər son anda qurtulub - VİDEO

Son xəbərlər
13:09
Zelenski Makronla görüşəcək
Digər ölkələr13:01
Foto
Azərbaycan bir sıra maliyyə institutları ilə tərəfdaşlığı genişləndirmək istəyir
Maliyyə12:59
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar - YENİLƏNİB
İnfrastruktur12:51
Foto
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
Fərdi12:45
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb
Energetika12:40
İngiltərə klubunun yeni baş məşqçisinin kim olacağı açıqlanıb
Futbol12:40
Monqolustan Prezidenti Baş nazirin istefasına veto qoyub
Digər ölkələr12:39
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
Hadisə12:35