TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Energetika
  • 20 oktyabr, 2025
  • 12:45
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 20-də 366 milyon 941 min 291 kVt/saat həcmində sifariş alıb.

Bu barədə "Report" TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 1,93 % çoxdur.

Kipoi çıxış nöqtəsindən oktyabrın 21-dən 27-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, oktyabrın 14-nə olan sifariş göstəriciləri ilə müqayisədə 8,04 % azdır. Oktyabrın 15-də və 16-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 8,05 % isə azdır. Oktyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 %, oktyabrın 18-də və 19-da olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 9,79 % isə azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 20-dan 27-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir. Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 31 milyon 610 min 730 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin eyni günü ilə müqayisədə 4,16 % çoxdur.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 20-297 milyon 476 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 13-nə olan sifariş göstəriciləri ilə müqayisədə 1,83 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 21-dən 27-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, oktyabrın 14-ə olan sifariş göstəriciləri ilə müqayisədə 8,56 % azdır. Oktyabrın 15-nə və 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,259 % azdır.

Eyni zamanda, Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 17-ə olan sifariş göstəriciləri ilə müqayisədə 13,92 % azdır. Oktyabrın 19-na olan sifariş göstəriciləri ilə müqayisədə isə 10,2 % azdır.

Yalnız oktyabrın 25-də bu çıxış nöqtəsindən 283 milyon 332 min 445 kVt/saat həcmində sifariş alınıb ki, bu da daha əvvəlki həftənin şənbə günü ilə müqayisədə 6,47 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti