Monqolustan Prezidenti Baş nazirin istefasına veto qoyub
Digər ölkələr
- 20 oktyabr, 2025
- 12:40
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ölkənin Baş naziri Qombojavın Zandanşatarın istefası haqqında qərara veto qoyub.
"Report" xəbər verir ki, bu barədə prezident administrasiyasına istinadən "Montsame News Agency" məlumat yayıb.
Bildirilib ki, oktyabrın 17-si keçirilən plenar iclasda səsvermə qaydaları düzgün tətbiq edilməyib və deputatların iştirakı düzgün hesablanmayıb.
"Bu prosessual pozuntular konstitusiyanın pozulmasıdır və qanunun aliliyi prinsipini sarsıdır", - Monqolustan Prezidenti qeyd edib.
Prezident administrasiyasından bildirilib ki, parlamentin Baş nazirin istefası haqqında qərarı ləğv edilib. Eyni zamanda, veto qoyulması isə müəyyən edilmiş qanunvericilik proseduruna uyğun olaraq yenidən nəzərdən keçiriləcək.
Son xəbərlər
01:22
DÇ-2026-nın final oyununda əlavə vaxt başlayıb - YENİLƏNİR-4
Futbol01:20
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
Digər ölkələr00:50
Livan Prezidenti və Rubio İsraillə sülh razılaşmalarının icrasını müzakirə edib
Digər ölkələr00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24