İyun ayının pensiyaları ödənilib
Hadisə
- 12 iyun, 2020
- 14:49
Respublika üzrə iyun ayının bütün pensiya ödənişləri başa çatdırılıb.
"Report"un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov məlumat yayıb.
Onun sözlərinə görə, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının (407 298 pensiyaçı) ödənişi, bu gün isə respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə ödənişi onların bank hesablarına köçürülüb.
Son xəbərlər
02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33