DYP: Avtomobil idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar
Hadisə
- 24 fevral, 2021
- 10:15
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, yolların buz bağlaması səbəbindən hər iki oxu aparıcı olan, qış şinləri ilə təchis olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.
“Eyni zamanda sürücülər yollarda hərəkətdə olarkən sürət həddini minumuma endirsinlər, normadan artıq ara məsafəsi saxlasınlar ki, qəfil dayanmaq lazım olanda toqquşmanın qarşısını almaq mümkün olsun.
Bundan başqa, tövsiyə edirik ki, belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar. Həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.
Son xəbərlər
00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11
Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib
Digər ölkələr23:00
İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib
Region22:43