Bu il 271 nəqliyyat vasitəsində yanğın olub

Hadisə
  • 22 oktyabr, 2025
  • 11:53
Bu il 271 nəqliyyat vasitəsində yanğın olub

Azərbaycanda bu ilin ötən dövründə 271 nəqliyyat vasitəsində yanğın baş verib.

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yağına Nəzarət Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda tədbirdə deyib.

O bildirib ki, son zamanlar sahibkarlara yaradılmış münbit şərait ölkəyə idxal olunan avtomobillərin sayını da artırıb:

"Ölkəyə idxal olunan avtomobillərin sayı artıqca qəzalar da çoxalıb. Azərbaycanda 2025 ötən dövrü ərzində 271 nəqliyyat vasitəsində yanğın baş verib. Bu hadisələr zamanı bir nəfər həyatını itirib, 18 nəfər xəsarət alıb, hadisə zamanı 2 milyon manatdan çox maddi ziyan qeydə alınıb".

Nazirliyin rəsmisi həmçinin qeyd edib ki, son beş ildə nəqliyyat vasitələrində 1689 yanğın hadisəsi baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti